EN

Sumqayıt və Sarayda kirayə mexanizmi çərçivəsində daha 549 mənzil təqdim ediləcək

Dekabrın 3-dən etibarən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim ediləcək.

Bunu keçirilən mediatur zamanı İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.

O bildirib ki, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur. Bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.

Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses tam avtomatlaşdırılıb və Elektron Hökumət portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

© APA

Chosen
40
28
marja.az

10Sources