EN

"Tramp bizim "Qələbə planı"mızı öyrənir, Ukrayna təslim olmayacaq" - Zelenski

"Prezident Zelenski Amerikanın yeni seçilmiş lideri ilə şəxsən görüşmək və "bəzi məsələləri daha detallı şəkildə" izah etmək niyyətindədir..."
 
Ukraynada müharibə kritik məqama yetişib. Yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlayacağından sonra ABŞ-ın Ukraynaya dəstəyinin davam edib-edilməyəcəyi ilə bağlı sual yaranır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Kyodo News" nəşrinə müsahibəsində bəyan edib.
 
Zelenski bəyan edib ki, Tramp və onun komandası Ukraynanın mövqeyi və onun "Qələbə planı" ilə bağlı məlumatlıdır. Bu plan Ukraynanın danışıqlar masası arxasında "güclü mövqeyə" malik olmasına yönəlib.
 
"Onlar bu planı öyrənir, biz onları eşidəcəyik. Lakin Ukrayna təslim olmayacaq. Bu, faktdır və düşünürəm ki, o, bunu anlayır", - Zelenski deyib.
 
Prezident deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti ilə əlavə danışıqlar aparmağa və "bəzi məsələləri daha detallı" izah etməyə bel bağlayır.
 
Donald Tramp və Ukraynada müharibə-mühüm xəbərlər
 
Bundan öncə "Politico" nəşri yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski çevik hərəkət edərək Trampla uğurlu diplomatik oyun aparır. Qeyd edilib ki, Kiyev Ağ Evin yeni rəhbəri ilə münaqişədən yan keçmək üçün dəyişilməli olduğunu anlayır.
 
NATO baş katibi Mark Rütte deyib ki, Alyans və Tramp Rusiya diktatoru Vladimir Putini danışıqlar masası arxasında əyləşməyə inandıracaq. Onun sözlərinə görə, hələlik Ukrayna danışıqlar üçün güclü mövqeyə malik deyil.
Chosen
68
50
moderator.az

10Sources