EN

Polşa prezidentliyinə namizədə nasist ittihamı

Polşanın Milli Xatirə İnstitutunun direktoru, prezidentliyə namizəd Karol Navrotski nasistyönlü təşkilatlarla əlaqədə ittiham olunur.

Azreform.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Mixal Şerba məlumat yayıb.

Şerba bildirib ki, Navrotski Milli Xatirə İnstitutunun əməkdaşı kimi təşkil etdiyi vətənpərvərlik tədbirlərində svastika ilə döymə vurulmuş motosiklet dəstələrinin olmasına müqavimət göstərməyib və üzvləri Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan müəyyən qrupla əməkdaşlıq edib.

Karol Navrotski “Qanun və Ədalət” partiyası tərəfindən Polşa prezidentliyinə namizəd kimi irəli sürülüb.

Chosen
42
4
azreform.info

6Sources