EN

1,5 milyon gömrük ödənişlərinin ödənilməsindən yayınan şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində gömrük ödənişlərinin ödənilməsindən yayınmada təqsirləndirilən İlqar Ənvərlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

İttihama görə, İlqar Ənvərli Məhdud Məsuliyyətli Cəmiyyətlərindən (MMC) birinin təsisçisi və direktoru olub. O, 1 551 344 manat məbləğində gömrük ödənişlərini büdcəyə ödəməkdən qəsdən yayınıb. 
 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə İlqar Ənvərliyə şərti cəza verilib. İş üzrə mülki iddia təmin edilərək 1 551 344 manat məbləğində pul məhkumdan tutularaq dövlət nəfinə ödənilməsi hökm edilib. Lakin dövlət ittihamçısı həmin hökmdən narazı qalaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib, Qaradağ Rayon Məhkəməsinin hökmünü dəyişdirib. 
 

Belə ki, Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqi saxlanılmaqla CM-in 69.3-cü maddəsinin tətbiqinə və müvafiq hesablamalara dair göstəriş və müddəalar hökmdən xaric edilib. İş üzrə mülki iddia qismən təmin olunub və 1 551 344 manat məbləğində pul məhkumdan tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş DGK “Azərterminalkompleks” birliyində saxlanca verilməklə təqsirləndirilən şəxsə məxsus 193 və 81 adda gömrük ödənişlərinin predmeti hesab olunan malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin təqsirləndirilən şəxsdən tutulması qərara alınıb. Ali Məhkəmə isə protest təmin etməyib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 3 Dekabr 2024, 09:11   
Chosen
52
pravda.az

1Sources