EN

Azərbaycanda bank sektorunun rəqəmsal transformasiyası və dayanıqlı inkişafı strateji əhəmiyyət kəsb edir - AMB

Bakı. Trend:

Azərbaycanda bank sektorunun rəqəmsal transformasiyası vədayanıqlı inkişafı strateji əhəmiyyətli məsələlərdir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov VIIIBeynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.

“Bank sektorunun rəqəmsal transformasiyası və dayanıqlı inkişafıhəm qlobal kontekstdə, həm də ölkəmiz üçün strateji əhəmiyyət kəsbedir. 2024–2026-cı illər üçün Azərbaycanın Maliyyə Sektorununİnkişaf Strategiyasına daxil edilmiş çoxsaylı təşəbbüslər arasındarisk yönümlü nəzarətin tətbiqi, açıq bankçılığın inkişafı vənağdsız ödənişlərin həcminin artırılmasını qeyd etmək olar.

Bir neçə əsas məqamı qeyd etmək istəyirəm. “Risk-BasedSupervision” (RBS) sisteminə keçid “RegTech” və “SupTech”həllərinin inkişafını, həmçinin məlumatların idarə edilməsindəböyük səyləri tələb edir. Bu, yalnız Mərkəzi Bankda məlumatlarındüzgün idarə edilməsini deyil, həm də banklar və digər nəzarətsubyektlərində saxlanılan məlumatların idarə edilməsinə yanaşmalarıəhatə edir”, - deyə o vurğulayıb.

V.Xəlilov bildirib ki, 2024-cü ildə kartlarla aparılan nağdsızəməliyyatların həcmi 66 faiz artıb.

“Bundan əlavə, yeni “Ödəniş xidmətləri və ödəniş sistemlərihaqqında” qanun bazarın şəffaflığını və rəqabət qabiliyyətiniartıraraq istehlakçılara daha rahat xidmətlər təqdim etməyə imkanyaradır. Hazırda Mərkəzi Bank tərəfindən 14 elektron ödəniştəşkilatı, 8 ödəniş qurumu və 1 ödəniş sistemi operatorulisenziyalaşdırılıb. Bu, həmin qurumların dayanıqlığını gücləndirirvə nəzarət subyektləri kimi vətəndaşların və ümumilikdə maliyyəsektorunun maraqlarını qoruyur”, - deyə o əlavə edib.

V.Xəlilovun sözlərinə görə, açıq bankçılıq və açıq maliyyətəşəbbüsləri inklüziv, şəffaf və effektiv maliyyə sistemininyaradılmasına yönəlib.

“Bu yanaşma banklar, fintex şirkətləri və istehlakçılar üçünyeni imkanlar açır. Banklar üçün bu, yeni gəlir mənbələri,optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsideməkdir. Fintex şirkətləri üçün isə banklarla əməkdaşlıqçərçivəsində qabaqcıl maliyyə alətlərinə çıxış təmin edir.İstehlakçılar üçün isə bu, daha çox seçim, şəffaflıq vətəhlükəsizlik deməkdir. Banklar bu imkanlardan yararlanmaqda önsıralardadır, çünki onların bu sahədə texniki imkanları vəpotensialı daha inkişaf edib. Bəzi banklar artıq tam fəaliyyətmühitinə çıxmağa hazırdır, digərləri isə yaxın zamanda bu səviyyəyəçatacaq.

Mərkəzi Bank həmçinin, innovativ maliyyə həllərinin testedilməsi və təhlükəsiz şəkildə bazara çıxarılması üçün xüsusitənzimləyici rejim yaradıb. Bu rejim çərçivəsində bir neçə uğurluməhsul qəbul edilib və yaxın vaxtlarda onların tətbiqinin ikincimərhələsi başlanacaq. Bu mexanizm hələ tənzimləyici çərçivəyə daxilolmayan xidmətlərin test edilməsinə və strategiyada nəzərdətutulmuş innovasiyaların irəliləməsinə imkan yaradır”, - deyəV.Xəlilov qeyd edib.

Chosen
32
az.trend.az

1Sources