EN

Vüsal Xəlilov: "Banklar COP29 çərçivəsində 2030-a qədər 2 milyardlıq maliyyə öhdəliyi qəbul edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda bir neçə bank "açıq bankçılıq"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq. "Açıq bankçılıq" və "açıq maliyyə təşəbbüsü" inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir. Bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Banklar üçün ilk növbədə yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi, fintexlər üçün banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı, istehlakçılar üçün isə daha çox seçim, şəffaflıq və təhlükəsiz maliyyə həllərinə çıxış imkanı yaranır. Banklar bu imkanlardan ən çox yararlananlar sırasındadır. Onların texniki imkanları və potensialları daha genişdir. Artıq bir neçə bank tam şəkildə istehsal mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, yerli banklar yaşıl İqtisadiyyata keçid üçün səylərini əsirgəməyəcək:
"Banklar COP29 çərçivəsində 2030-cu ilə qədər 2 milyard manatlıq maliyyə öhdəliyi qəbul edib".
Məhərrəm Əliyev
Chosen
24
oxu.az

1Sources