EN

Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var - AMEA-nın vitse-prezidenti

Şuşa. Trend:

Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var. Tədbirləryüksək səviyyədə gedir.

Trendxəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmləri Akademiyasınınvitse-prezidenti Dilqəm Tağıyev "Gənclər Paytaxtı" Şuşa şəhərindətəşkil olunan İslam Ölkələrinin Gənc Alimlərinin Forumu barədədanışarkən deyib.

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatınıngənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamimzalamasını xatırladan qurum nümayəndəsi bildirib:

"Şuşada təşkil olunan tədbir barədə yalnız xoş sözlər deməkolar. Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində bu tədbirinkeçirilməsi qürurverici məqamdır. Çünki bu torpaq Qarabağbölgəsinin mirvarisi, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Birneçə istiqamət üzrə gedən tədbirlərdə islam dünyasından olangənclər, gənc alimlər, gənc istedadlar aktiv iştirak edirlər.Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var.Tədbirləryüksək səviyyədə gedir.”

Qeyd edək ki, İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanışmərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources