EN

MEDİA jurnalistlər üçün yeni təlimlərə başladı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.
 
Moderator.az xəbər verir ki, təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli bildirib ki, “storytelling” çağdaş jurnalistikada insanların düşüncələrinə təsir göstərən, ideyanın müasir formada ifadəsini təmin edən yeni metodlardan biridir və bu yanaşma jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdırmaqla müasir publisistikanın önəmli elementi sayılır. O, ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının, publisistik üslubun hipermətnə çevrilməsinin və köşə yazarlığının cəlbediciliyinin artırılmasının jurnalistikanın çağırışlarından olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, “storytelling”in beynəlxalq standartlarını və müasir narratologiya nəzəriyyələrini mənimsəmək fikrin anlaşılan olması və ictimai təsir gücünün effektivliyi baxımından böyük əhəmiyyət daşıyır.
 
3-4 dekabr tarixlərini əhatə edən təlimlər iki fərqli qrup üçün dörd sessiyadan: “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi”ndən ibarətdir.
 
Chosen
42
17
moderator.az

10Sources