EN

Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Rusiya ilə Azərbaycanı birləşdirən "Qafqaz" yolu 2030-cu ildə dörd zolağa qədər genişləndiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Federal Yolları Agentliyinin idarə rəisi Aleksandr Lukaşuk TASS Qafqaz informasiya mərkəzində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, "Qafqaz" magistral yol Krasnodar ərazisindəki Pavlovskaya stansiyasından Azərbaycan Respublikasının sərhədinə qədər uzanır.

    "Bu gün prioritetimiz Rusiyanın subyektlərini xarici dövlətlərlə birləşdirən Şimal-Cənub "beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R -217" Qafqaz" yoludur. Bu yolda ən böyük trafik- turist, malların daşınması gedir. Ona görə də, bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R -217 magistral yolu dörd zolaqlı olacaq"deyə Rusiya rəsmisi vurğulayıb.

    Chosen
    18
    13
    bakivaxti.az

    10Sources