EN

ABŞ Suriya ilə bağlı "əsas məqsədi"ni açıqladı

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Suriya siyasətində dəyişiklik olmadığını bildirib.
Bakupost.az xarici KİV-ə istinadən məlumat verir ki, jurnalistlərə açıqlamasında o, Suriya və prezident Bəşər Əsəd barədə açıqlamalar verib.
Miller bildirib ki, ABŞ-ın əsas məqsədi Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında bir siyasi həll yolu tapmaqdır. Bu qərar Suriyada müxalif qruplarla rejim arasında danışıqların aparılması və seçkilərlə nəticələnən bir prosesin həyata keçirilməsini nəzərdə tutur.
Miller Əsədi “qəddar diktator" adlandıraraq onun Suriya xalqına qarşı törətdiyi zorakılıqlardan bəhs edib. Onun sözlərinə görə, Əsəd rejimi ölkədə siyasi prosesin irəliləməsi üçün heç bir addım atmır. Millerin sözlərinə görə, ABŞ yaxın dövrdə Suriyada gərginliyin azaldılmasını, mülki şəxslərin və azlıqların qorunmasını əsas prioritet hesab edir.
O, həmçinin Rusiyanın və İranın Suriyadakı “sabitliyi pozan” fəaliyyətlərinə toxunaraq, bu iki ölkənin Suriya və daha geniş bölgə üçün zərərli bir rol oynamağa davam etdiyini vurğulayıb. ABŞ bütün ölkələrə Suriyada siyasi prosesə dəstək vermək üçün nüfuzlarından istifadə etməyi tövsiyə edib.
Chosen
10
50
sherg.az

10Sources