EN

Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO

Almaniya Kansleri Olaf Şoltsun Kiyevə səfəri təkcə siyasi əhəmiyyətinə görə deyil, həm də alman hökumət başçısının Ukrayna paytaxtına gətirdiyi "Rimowa" markalı gümüşü çamadana görə diqqət çəkib.

Bizim.Media NTV telekanalına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri və jurnalistlər bu çamadanın içindəkiləri təxmin etməyə başlayıblar, nəticədə çoxlu zarafatlar, fərziyyələr ortaya çıxıb.

Sirli çamadan ətrafında intriqalar Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransına qədər davam edib. Jurnalistlərdən biri kanslerə birbaşa onun baqajının məzmunu barədə sual verib.

"Nə qədər ətraflı bilmək istəyirsiniz?" - deyə Şolts təbəssümlə soruşub. Sonra bildirib ki, çamadanda əsasən səfər zamanı lazım olan səyahət ləvazimatları, alt paltarları və digər əşyalar olub.




Bizim.Media

Chosen
22
bizim.media

1Sources