EN

DSX serial çəkilişi zamanı qaldırılan DRONU VURDU

"Vətəndaş A" serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub.

Avtosfer.az xəbər verir ki, bu barədə serialın rejissoru Elvin Rüstəmzadə "Kulis.az"a müsahibəsində deyib.

"5-6 min dollarlıq dron idi. Biz də elə dron qəzalarından danışırdıq. Elə o anda Orxan mənə dedi ki, dron görünmür. Çıxıb baxdıq ki, yoxdur. Sən demə orada hərbi baza var. Dronu icazəsiz qaldırdığımıza görə vurublar. Sonra onlarla əlaqə saxladıq. Dedik ki, bu gün dron vurmusuz? Onlar da dronun modelinin adını deyərək bunu təsdiqlədilər. Dedik niyə vurmusuz? Dedilər ki, biz nə bilək o nə dronudur, icazəsiz qaldırmısız?", - deyə E.Rüstəmzadə qeyd edib.

Chosen
23
12
avtosfer.az

10Sources