Cənubi Koreya parlamenti hərbi vəziyyətin ləğvinə səs verib.
Azpost.info bildirir ki, hərbçilərin qarşısını almaq cəhdlərinə baxmayaraq, bir çox deputat parlamentə daxil ola bilib.
Müxalifətdə olan Demokrat Partiyası Milli Assambleyada çoxluğa malikdir. Qanuna görə, onlar prezidentin bu gün təqdim etdiyi hərbi vəziyyətin tətbiqi barədə qərarı ləğv edə bilər.