EN

ABŞ-dən çağırış: Siyahıda Türkiyə də var

Suriyada qarşıdurmaların davam etdiyi bir vaxtda ABŞ Dövlət Departamenti vəziyyətlə bağlı açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Türkiyə də daxil olmaqla bir çox ölkəni

“Suriyadakı gərginliyi azaltmağa” çağırıb:

"Biz heç bir ölkənin Suriyadakı vəziyyətdən istifadə etməyə çalışdığını görmək istəmirik”.

Miller açıqlamasında Suriyadakı hadisələrə görə siyasətlərində heç bir dəyişiklik olmadığını ifadə edib:

"Görmək istədiyimiz gərginliyin azaldılması, mülki vətəndaşların və azlıq qrupların qorunmasıdır, amma bizim ümumi siyasətimiz eynidir. Biz bu vətəndaş müharibəsini hamı üçün birdəfəlik sona çatdıracaq ciddi və etibarlı siyasi proses görmək istəyirik”.  

Chosen
43
cebheinfo.az

1Sources