İllər əvvəl Türkiyəyə köçən teleaparıcı Gülnarə Məmmədova Bakıya gəlib.
Bizim.Media olay-a istinadən xəbər verir ki, Gülnarə ”Xəzər axşamı" verilişinə qonaq gəlib.
“Bakıya qonaq gəlmişəm. Oğlumu da gətirmişəm. Ola bilər ki, artıq burada qalım”, - deyə G. Məmmədova bildirib.
Qeyd edək ki, G. Məmmədova keçmiş “ANS” televiziyasında çalışıb. Gülnarə sözügüdən kanalda “Kamerton” verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu isə onun ikinci nikahıdır.
Bizim.Media