Tbilisidə parlament binası yaxınlığında etirazçılar fişəng və digər partlayıcı vasitələrdən istifadə edirlər.
Bizim.Media xəbər verir ki, əraziyə xüsusi təyinatlılar da cəlb olunub.
Qeyd edək ki, Gürcüstanda Avropaya inteqrasiya ilə bağlı danışıqların dayandırılması və müxalifətin ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmaması səbəbindən etirazlar bir neçə gündür davam edir.
Ötən gecə Gürcüstanın təhlükəsizlik qüvvələri Tbilisinin mərkəzində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bizim.Media