EN

Nazir: "Məqsədimiz məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Elm və Təhsil Nazirliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəhazırlığa cəlb olunmasıdır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
E.Əmrullayev bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəhazırlıq qruplarında təhsil alır.
O əlavə edib ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək.
Nazir qeyd edib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir:
"Məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir".
Məhərrəm Əliyev
Chosen
60
49
oxu.az

10Sources