EN

Qlobal borc rekord həddə çatdı

Qlobal borcun səviyyəsi 2024-cü ilin üçüncü rübündə 323 trilyon dollara yüksələrək rekord qırıb.

“Cebheinfo.az” xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.

Hesabata görə, bu ilin üçüncü rübündə qlobal borcun həcmi 323 trilyon dollara çatıb. Ötən ilin eyni dövründə qlobal borcun həcmi 302,4 trilyon dollar olub.

Təxminən 326 səviyyəsində olan qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbətinin COVID-19 epidemiyası zamanı çatdığı zirvədən 30 bənd aşağı olması diqqət çəkib.

Türkiyə və Yunanıstan ümumi borc nisbətlərində əhəmiyyətli azalma yaşasa da, 2024-cü ilin ilk üç rübündə ən böyük borc artımı Macarıstan, İrlandiya, Nigeriya, İsveç və Braziliyada qeydə alınıb. Yunanıstan, Pakistan, Türkiyə və Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbəti bu dövrdə ən kəskin şəkildə azalıb.

Qlobal borcun 2024-cü ilin sonuna qədər keçən ilə nisbətən təxminən 8 trilyon dollar artaraq 320 trilyon dollara çatacağı, 2025-ci ildə və sonrasında dövlət borclanması ilə artacağı proqnozlaşdırılır.

Hazırda 95 trilyon dollar civarında olan qlobal dövlət borcunun səviyyəsinin 2028-ci ilə qədər 130 trilyon dollara yaxınlaşacağı təxmin edilir.

Xüsusilə xalis sıfır hədəflərə və milli iqlim öhdəliklərinə uyğun olmaq üçün lazım olan iqlimlə bağlı xərclərin uçotu zamanı borc səviyyələrinin daha da arta biləcəyi və belə bir ssenaridə qlobal dövlət borcunun 2028-ci ilə qədər 170 trilyon dollara çata biləcəyi proqnozlaşdırılıb.

Sektorlar üzrə araşdırıldığında, ilin üçüncü rübündə ev təsərrüfatlarının borcları 61,6 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcları 93,4 trilyon dollar, dövlət borcları 95,4 trilyon dollar, maliyyə şirkətlərinin borcları isə  72,5 trilyon dollar  olaraq hesablanıb.

Qeyd olunub ki, geoiqtisadi parçalanmanın artdığı bir dövrdə genişləndirici fiskal siyasətlərin həyata keçirilməsi çətin ola bilər və artan ticarət gərginliyi, xüsusilə də tədarük zəncirinin pozulmasının mümkün artması və dövlət maliyyəsinin sərtləşdirilməsi fonunda inflyasiya təzyiqlərinin yenidən ortaya çıxması ilə böyümə perspektivlərini zəiflədə bilər.

Chosen
20
1
cebheinfo.az

2Sources