EN

“Gürcüstanda SSRİ qadağaları” - Zurabaşvili

“Bu gün Gürcüstanda zorakılıq və repressiyanın 6-cı günüdür”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün “X” sosial media hesabında yazıb.

“Dinc avropapərəst etirazçılar hakim “Gürcü arzusu” partiyasının çevik qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb. Kütləvi həbslər və amansız rəftar davam edir. Təhsil Nazirliyi təhsil prosesini pozanların barmaq izlərini almaq üçün qaynar xətt elan edib. Və beləliklə SSRİ qayıdır", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Zurabaşvili ölkədəki proseslərin konstitusiya müstəvisinə qaytarılması imkanının itirildiyini açıqlamışdı.

Daşqın HəsənovMissiya.Az

Chosen
30
missiya.az

1Sources