EN

"Burada axmaq insanlar yoxdur"- Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola uzun müddətdir komandaya rəhbərlik etməsinin səbəbini açıqlayıb.

Oxu24.com İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ildən "şəhərlilər"i çalışdıran 53 yaşlı mütəxəssis bunları deyib: 

“Aydındır ki, 9 ildir, burada işləməyim çox şey deyir. "Barselona" mənim üçün xüsusi bir klub idi. Çünki mən ürəyimdəki klubun oyunçusu və baş məşqçisi olmuşdum. Klublar bir çox cəhətdən müqayisə olunmazdır. "Bavariya" kimi nəhəngin baş məşqçisi olmaq isə mənim üçün böyük dərs idi. Ancaq 9 il "Mançester Siti"də qalmağımın səbəbi yalnız burada sabitlik tapmağım və  özümü yaxşı hiss etməyim oldu. Bəs əsas səbəb nə idi? Burada axmaq insanlar yoxdur”.

Qeyd edək ki, "Mançester Siti" Xosep Qvardiolanın baş məşqçiliyi altında 6 dəfə Premyer Liqanın qalibi olub. Həmçinin komanda onunla 2 dəfə İngiltərə kubokunu, 4 dəfə İngiltərə liqa kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu və 1 dəfə klubararası dünya çempionatını qazanıb. 

Cari mövsümdə isə “Mançester Siti” uğursuz nəticələrinə görə tənqid olunur. "Şəhərlilər" hazırda 23 xalla Premyer Liqada 5-ci yerdədirlər. Lider "Liverpul"un isə 34 xalı var. "Mançester Siti" son 7 oyununda qələbə qazana bilməyib. Komana bu görüşlərdən 6-da uduzub, 1-də isə heç-heçə edib.

Chosen
38
50
oxu24.com

10Sources