EN

Bəşər Əəsdin ordudakı "sağ əl"i yaralanıb - General döyüşlərdə vurulub (FOTO)

Suriyada rejimə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar Hələb, İdlib və Tel Rıfatdan sonra büytün gücünü ölkənin 4-cü böyük şəhəri Həamnın ələ leşirilməsinə yönəldib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən axşam Həmaya hücumda Bəşər Əsədin ordudakı ən güvəndiyi general, 25-ci diviziya komandiri Süheyl Həsən şəhər mərkəzinə yaxın bir məktəb ətrafındakı döyüşdə yaralanıb.

Məlumata görə, 54 yaşlı Süheyl Həsən sıradan bir general deyil: "O, hətta Bəşər Əsədin yerinə - Prezident postuna göstərilən ən güclü namizədir. Rusiya ordusu bölgə ilə bağlı bir çox məsələlərdə məhz onunla təmas qurur, tövsiyə alır. Xatırlayırsınızsa, Rusiya ordusunun Baş qərargah rəisi Gerasimov ona qılınc da bağışlamışdı...".

Firudin Səfərli
MİA.AZ

Chosen
15
2
mia.az

3Sources