EN

"Rosneft"in rəhbəri: "Rusiyanın enerji bazarından sıxışdırılması dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq"

Rusiyanın enerji bazarından sıxışdırılması qaçılmaz olaraq dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq. Məhz Rusiya Federasiyası və onun tərəfdaşları son 10 ildə enerji bazarının sabitləşməsinə ən böyük töhfəni vermiş, çox vaxt öz maraqlarını qurban vermişlər.

FED.az xəbər verir ki, bunu "Rosneft"in rəhbəri İqor Seçin söyləyib.

O qeyd edib ki, ölkənin mineral ehtiyatlarının ümumi dəyəri 100 trilyon dollar təşkil edir ki, bu da ABŞ-dakı eyni göstəricidən təxminən 2 dəfə çoxdur.

“Dollardan sanksiyalar vasitəsi kimi istifadə etmək də böyük səhvdir, çünki ticarət heç vaxt dayanmayacaq, həm enerji təhlükəsizliyi, həm də həyat bundan asılı olacaq”, – "Rosneft"in rəhbəri bildirib.

 İqor Seçin hesab edir ki, Birləşmiş Ştatlar elm, sənaye və maliyyə sahəsində liderliyini itirib və ədalətli dünya nizamının qorunmasını təmin edə bilməyib.

"Rosneft"in rəhbəri deyib ki, Amerika müxtəlif konfliktlər yaratmaqla digər bazar iştirakçılarının hesabına öz iqtisadiyyatı üçün xüsusi şərait yaratmağa çalışır. (Marja)

Chosen
16
1
fed.az

2Sources