EN

Rusiyanın təbii sərvətlərinin ümumi dəyəri açıqlandı - ABŞ-dən ÖNDƏDİ

Rusiya Federasiyasının təbii sərvətlərinin ümumi dəyəri 100 trilyon dollardır.

Redaktor.az xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının təbii sərvətlərinin ümumi dəyəri 100 trilyon dollardır ki, bu da ABŞ-nin təbii sərvətlərinin ümumi dəyərindən demək olar ki, iki dəfə çoxdur.

BƏƏ-də keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxış edən Seçin bildirib ki, Rusiyanın enerji bazarından sıxışdırılması qaçılmaz olaraq dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq.

Rosneft rəhbəri məhz Rusiya və tərəfdaşlarının son 10 ildə enerji bazarının sabitləşməsinə ən böyük töhfə verdiyini, çox vaxt öz maraqlarını qurban verdiyini söyləyib.
Qeyd edib ki, ABŞ elm, sənaye və maliyyə sahəsində liderliyini itirib və ədalətli dünya nizamının qorunub saxlanmasını təmin edə bilməyib.

"Neft və qaz qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa davam edəcək. Məlumatların işlənməsi mərkəzlərindən tələbat artdıqca qlobal enerji istehlakı artacaq" - deyə Seçin vurğulayıb.

Chosen
9
6
redaktor.az

7Sources