EN

«Xalq Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın ən böyük banklarından olan “Xalq Bank” ın gəlir mənbələrini təqdim edir.

«TuranBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Xalq Bank” ın ümumi gəlirləri 167 milyon 663 min manat təşkil edib. Bank bu göstərici ilə ölkədə 7-ci yeri tutur.

Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 95 milyon 421 min manatı və ya 57%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

Komissiya haqlarından isə 19 milyon 481 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 12%-i deməkdir. Qeyd edək ki, bankın miqyaslarını – aktivlərin və kredit portfelinin həcmini nəzərə aldıqda, komissiya gəlirləri həm məbləğcə, həm də ümumi gəlirlərdəki payı baxımından nisbətən azdır.

Daha 7 milyon 709 min manat isə “Xalq Bank” ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 5%-i.

Üçüncü rüb ərzində “Xalq Bank”  qiymətli kağızlara yatırımlardan 21 milyon 769 min manat gəlir götürüb. Ümumi gəlirlərin  13%-i fond bazarından gəlir.

Daha 17 milyon 352 min manat isə “Xalq Bank” ın başqa banklara verdiyi kreditlərdən və depozitlərdən daxil olub.

Ümumiyətlə, “Xalq Bank”  klassik bank biznesinə üstünlük verən baklardan sayılır – onun gəlirlərinin 81%-i faiz, 19%-i qeyri-faiz gəlirlərindən ibarətdir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

95 421

57%

Komissiya haqları

19 481

12%

Valyuta əməliyyatlarından gəlirlər

7 709

5%

QK-a investisiyadan gəlir

21 769

13%

Digər banklara depozitlərdən gəlirlər

12 333

7%

Digər banklara kreditlərdən gəlirlər

5 019

3%

Digər faiz gəlirləri

1 911

1%

Digər qeyri-faiz gəlirləri

4 020

2%

 

 

 

CƏMİ GƏLİRLƏR

167 663

100%

Chosen
24
14
fed.az

10Sources