EN

Yeni sənaye parkının yaradılması ixracı artıracaq — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. 

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında Naxçıvan Sənaye Parkının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. O qeyd edib ki, Prezidentin müvafiq fərmanı bütövlükdə ölkə iqtisadiyyatına töhfə verəcək: 

“Naxçıvan Muxtar Respublikası İran və Türkiyə, həm də artıq Ermənistanla sərhəddir. Sənaye parkları, adətən, azad iqtisadi zona statusuna malik olur və həmsərhəd ölkələrə yaxın ərazilərdə salınır. Bu, ölkənin ümumi idxal-ixrac əməliyyatlarının genişlənməsində, qeyri-neft sektorunun inkişaf etdirilməsində mühüm rol oynayır. Naxçıvan Sənaye Parkında hansı həcmdə işlərin görülməsi haqqında hələki ətraflı məlumat yoxdur. Hər bil halda belə sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətlidir. Bununla ölkənin ümumdaxili məhsulu və ixrac potensialı arta bilər”.

Törə Zeynallı
Demokrat.az

Chosen
27
demokrat.az

1Sources