Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın ABŞ-yə köçdüyü barədə iddialar yayılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ancaq Kulebanın özü bu məlumatı təkzib edib.
O bildirib ki, Harvarddakı Kennedi Məktəbində Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzinin baş elmi işçisi olub.
“Bu doğrudur. Amma bu əməkdaşlığa mənim ABŞ-a köçməyim daxil deyil”, - o, “Ukrainskaya Pravda”ya deyib.
Kulebanın nəşrə verdiyi Harvard press-relizində deyilir: “Belfer Mərkəzində qeyri-rezident baş elmi işçi kimi xidmət edən Kuleba Ukraynada qalacaq, akademik semestr ərzində tələbələrlə birbaşa əlaqə saxlamaq üçün Massaçusets ştatının Kembric şəhərinə bir neçə dəfə səfər edəcək
- Qeyd edək ki, Kuleba müharibənin ilk iki il yarımı ərzində Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edib.