EN

Klub prezidenti iki sayt rəhbərini məhkəməyə verdi - AFFA və PFL-dən iddia ərizəsinə reaksiyalar 

“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev matc.az və sports.az saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib.

Mia.az-ın matc.az-a istinadla məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətdə qeyd olunub ki, “Sumqayıt” Futbol Klubu Riad Rəfiyevin rəhbərlik etdiyi dövrdə Çempionlar Liqasına yüksəlib.

PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020/21 mövsümündə Avropa Liqası, 2021/22 və 2023/24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.

AFFA: “Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb”.

Chosen
41
1
mia.az

1Sources