"Ukraynanın sülh planı ondan ibarətdir ki, Rusiya ərazimizdən rədd olsun və ukraynalıları sakit buraxsın..."
Ukrayna heç vaxt Rusiyanın "sülh planı"na razı olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ATƏT ölkələri XİN rəhbərləri Şurasının illik 31-ci iclasında çıxışı zamanı bəyan edib.
O, qeyd edib ki, Ukrayna ədalətli sülhə nail olmağa çalışır və ərazi bütövlüyü, suverenlik və ya təhlükəsizliklə bağlı hər-hansı güzəştlərə heç vaxt razı olmayacaq.
Ukrayna Rusiyanın qaydaları məcburi diqtə etməsi üçün öz təsiri altında qalmasını nəzərdə tutan üzdəniraq "Yalta-2" və ya "Minsk-3" formatda danışıqlara getməyəcək.
Nazir vuğulayıb ki, Budapeşt Memorandumu iflasa uğrayıb, çünki Rusiya diktatoru Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb.
O cümlədən, ikinci dünya savaşı dönəmindən Avropa bu qədər miqyasda vəhşilik, dinc insanların qətlləri, uşaqların oğurlanması, hərbi əsirlərin edamı və digər dəhşətli cinayətləri görməyib.
Sibiqanın sözlərinə görə, Moskva bütün cinayətlərinə üzdəniraq "qanuni təhlükəsizlik maraqları ilə" haqq qazandırmağa cəhd edir, lakin Ukrayna xalqının mövcud olması hüququ Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqları deyil.
"Rusiyalılar sülh istədiklərini deyəndə yalan danışır. Onlar yalnız o zaman danışıqlardan danışır ki, diqqəti əslində etdiklərindən yayındırmaq istəyir. Onların sözlərinə deyil, hərəkətlərinə baxın. Əslində Rusiya müharibəni genişləndirməkdə davam edir", - Sibiqa qeyd edib.
Eyni zamanda nazir qeyd edib ki, Moskvanı ədalətli sülhü qəbul etməyə vadar etmək gərəkdir.
"Budapeşt Memorandumu Ukrayna ilə bağlı qiymətini göstərib. Ərazi bütövlüyü, suverenlik və ya gələcək təhlükəsizliklə bağlı heç bir güzəştdən söhbət gedə bilməz. Biz Rusiyanın əsl "sülh planını" görmüşük. Biz bunu Buçada, Mariupolda, İzyumda, digər yerlərdə görmüşük", - o, deyib.
"Rusiyaılar "sülh" deyəndə Ukraynanın qətlə yetirilən dinc sakinlərini, kütləvi qəbiristanlıqları, tamamilə dağıdılmış şəhərləri nəzərdə tutur. Ukraynalı uşaqları Rusiya ailələrinə verib, onlara rus adları qoymaq, sücgəcdən keçirmək, güllələnmə siyahıları tərtib etmək, zorən ruslaşdırmaq və assimilyasiyanı nəzərdə tutur. Biz heç vaxt belə "sülhə" razı olmayacağıq", - Sibiqa qeyd edib.
Bununla əlaqədar olaraq nazir vurğulayıb ki, Ukraynanın sülh planı ondan ibarətdir ki, Rusiya Ukraynadan rədd olsun və ukraynalıları rahat buraxsın.
"Rusiya "ikinci Yalta" və ya heç olmasa "üçüncü Minsk" istəyir. O, güc tətbiq etməklə yeni qaydalar və yeni sərhədlər diktə etməyə imkan verən təsir zonaları istəyir. Heç bir "Yalta-2" və ya "Minsk-3" olmayacaq", - Sibiqa qeyd edib.
"Belə gələcək üçün biz indi hərəkət etməliyik. Biz boz zonaları ləğv etməliyik, çünki Rusiya onları öz təsir zonalarına çevirir. Bunun əvəzinə bizə Ukraynanın Avroatlantika birliyinin bir hissəsi kimi geosiyasi müəyyənlik gərəkdir", - Sibiqa əlavə edib.
Onun sözlərinə görə, Ukrayna ədalətli sülh əldə etmək istəyir. O, qeyd edib ki, ədalət məhkəməsi olmadan sülh olmayacaq, ona görə də Rusiya məsuliyyətə cəlb edilməlidir.