EN

Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı keçirilir

Bu gün, dekabrın 6-da Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik Toplantısı öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, İllik Toplantıda Azərbaycanı bankın Rəhbərlər Şurasının üzvü, maliyyə naziri Samir Şərifov təmsil edir.

Toplantıda Rəhbərlər Şurası tərəfindən Bankın orta müddətli strategiyası, 2025-2026-cı illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Chosen
4
9
apa.az

10Sources