Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili avropalı siyasətçilərə parlament seçkilərinin nəticələrindən sonra respublika ərazisində keçirilən eyni “dinc mitinqləri” arzulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
Papuaşvili vurğulayıb ki, bəzi avropalı siyasətçilər təcavüzkar hərəkətləri sülh kimi qiymətləndirirlər.
“Qoy onlar hər gün öz paytaxtlarında belə rahatlıq yaşasınlar”,- deyə o qeyd edib.