Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili avropalı siyasətçilər üçün parlament seçkilərinin nəticələrindən sonra Tbilisidə baş tutan “dinc mitinqləri” arzulayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Papuaşvili bəzi avropalı siyasətçilərin etirazçıların aqressiv hərəkətlərini “sülh” adlandırmasını tənqid edib:
“Qoy onların öz paytaxtlarında hər gün bizdəki kimi “sülh” olsun”.
Xatırladaq ki, noyabrın 28-də İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etdikdən sonra etirazlar başlayıb.
Bizim.Media