EN

Sevgilisinin adını qoluna döymə ilə həkk edən Renka: “Sevəndə pis sevirəm, güdə bilərəm…”

Rəqqasə Renka kimi tanınan Rəna Ağamuradova sevdiyi şəxsin adını qoluna döymə ilə həkk etdirib.

“Yeni Gundem” xəbər verir ki, rəqqasə bu barədə “ATV”də yayımlanan “Rəngarəng” verilişində deyib.

“Sevəndə pis sevirəm. Adamı bezdirirəm. Çox qısqancam, sevdiyim adamı güdə bilərəm. Əvvəllər düşünürdüm ki, ailə qursam, sənəti tərk edərəm. Amma indi elə düşünmürəm”, – o bildirib.

“İndi sevdiyim var” deyən Renka qolunu açaraq həmin şəxsin döymə ilə həkk etdirdiyi adını göstərib. Lakin rəqqasə Çapar adlı şəxsin kim olmasına aydınlıq gətirməyib, sualları cavabsız qoyub.

Chosen
24
4
yenigundem.az

5Sources