EN

Təmsilçilərimizdən Daşkənddə 6 medal

Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə yarışda uğurlu çıxış ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, dekabrın 3-də start götürən“Beyond the Sky” turnirdə 6 medal qazanıb.

Təmsilçilərimiz iki qızıl, bir gümüş və üç bürüncə sahib çıxıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.

Sinxron çıxışda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medala sahib olub. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər.

Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.

Bakıda gimnastika üzrə beynəlxalq yarış keçiriləcək

Milli Gimnastika Arenasında daha bir "ustad dərsi" keçiriləcək

Milli Gimnastika Arenasında "ustad dərsi"

Təmsilçilərimiz Dubaydan 11 medalla qayıdır

6 kateqoriyada qaliblər müəyyənləşəcək

Chosen
77
2
apasport.az

10Sources