EN

Berdiyevin Tovuzda Berezutskiyə “baş əyməsi” Rusiya mediasının gündəmində

Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk günündə əsas oyun Tovuzda baş tutdu.

Yerli komanda “Sabah”la qarşılaşırdı ki, bu matç həm də iki rusiyalı mütəxəssis – Kurban Berdıyevlə Vasili Berezutskinin dueli kimi diqqət çəkirdi.

Əsas vaxt 1:1 hesabı ilə başa çatdı, əlavə olunmuş dəqiqələrdə komandalar hərəyə bir qol vurdu. Qalibin adına penalti seriyasında aydınlıq gəlincə, növbəti mərhələyə adlayan komanda “Sabah” oldu.

Məlum qarşılaşma Rusiya mətbuatının gündəmində yer alıb. Təbii ki, baş məşqçilərin kimliyinə görə. Biri məşqçi kimi 2 dəfə ölkə çempionu olub, digər futbolçu kimi 6 qızıl medalı bayram edib. Bu dəfə isə baş məşqçi kimi üz-üzəydilər ki, Berezutski təcrübəli Berdıyevi üstələməyi bacardı.

Matç TV: “Berezutski Berdıyevi məğlub etdi. Bu, Azərbaycan kubokunun oyununda baş verdi. “Sabah” sonluğu möhtəşəm gətirdi. 118-ci dəqiqədə hesabı bərabərləşdirib, oyunu penalti seriyasınadaşıdı. Cavanlıq təcrübəni üstələdiş. Bu gün belədir”.

"Sport-ekspress": “Sabah” Berezutskinin rəhbərliyi altında Berdıyevin “Turan”ını məğlub etdi. “Sabah” rusiyalı mütəxəssisin rəhbərliyi altında ölkə kubokunun 1/4 final mərhələsinə yüksəldi. Bu, “Sabah”ın Berezutskinin rəhbərliyi altında ikinci qələbəsi kimi tarixə düşdü”.

Championat.ru: “Sabah” Berezutskinin rəhbərliyi altında Berdıyevin “Turan”ını udub, Azərbaycan kubokunda 1/4 finala yüksəldi. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyasındaBerezutskinin komandası 3:1 hesabı ilə qələbə qazanıb”.

Göründüyü kimi, rusiyalı çalışdırıcıların ölkəmizdə çalışması Rusiya mətbuatının və futbolsevərlərinin Azərbaycanın daxili yarışlarına olan marağını artırıb.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
26
sportinfo.az

1Sources