EN

Coşqundan Tahirin tənqidlərinə cavab!

“Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov həmkarı “Planet Parni iz Baku” KVN teatrının yaradıcısı, Əməkdar artist Tahir İmanovun müsahibələrin birində söylədiyi “Biz qadın obrazı oynamağı özümüzə yaraşdırmırıq. Aktyorluq bu deyil. “Bu şəhərdə”nin konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur” tənqidi fikirlərinə münasibət bildirib. 

OLAY yazır ki, bu haqda aktyor qonaq olduğu “YouTube”da yayımlanan “Künc Bucaq” layihəsinə müsahibəsində danışıb.

Rəhimov bütün tənqidlərə açıq olduğunu və səhnədə yaratdığı hər bir obrazın öhdəsindən ustalıq, məhərrətlə qəldiyindəndən əmin olduğunu dilə gətirib: 

 “Mən bütün tənqidlərə açığam və sübut etməyə də hazıram. “Bu şəhərdə” adından görüldüyü kimi 2 aktyorun teatrıdır. Bütün obrazları oynamaq bizim öhdəmizə düşür. Deyərdim ki, bizim teatrımız Azərbaycanda bir yenilikdir. Artıq 25 -ci ilə gedirik, hələ də sevilirik, qəbul olunuruq. Küçədə gedəndə arxamızca söz atan olmayıb. Bizi hər zaman hamı hörmətlə qarşılayırlar. O ki qaldı sənət baxımından söhbətin qadın obrazlarından getməsinə, əgər bunu oynaya bilirsənsə meydan açıqdır. Əgər o obrazı təpədən dırnağa kimi qadın kimi təqdim edə biləcəksənsə meydan açıqdır. O tənqidlərə mənim heç bir cavab yoxdur. Tamaşaçı fərqlidir və bizim tamaşaçımız daha çoxdur. Bizə dəyər verən və dəstəkləyən tamaşaçımız çoxdur”.

Chosen
23
22
olay.az

10Sources