Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Hövsan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az