EN

Qarabağ dost və qardaş ölkələr arasında dönüş nöqtəsi oldu

Bundan 106 il əvvəl qurulan Azərbaycan parlamenti Şərqdəkı ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir rəmzidir.

Modern.az xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı bildirib.

O deyib: “44 günlük Vətən müharibəsində ölkə torpaqlarının bütünlüyü üçün Prezident İlham Əliyevin Zəfər yürüşündə Milli Məclis daim onun yanında oldu. Azərbaycanın ərazi bütövlüyü üçün böyük töhfələr verən Milli Məclisi bu münasibətlə təbrik etmək istəyirəm. Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu. Qazaxıstan dövləti də Füzulidə bir məktəb açaraq, səmimi dostluğunu bu şəkildə göstərmiş oldu”.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Darxan Kıdırali, həmçinin Azərbaycanı yüksək səviyyədə keçirilən COP29-a görə təbrik edib.

Chosen
30
3
modern.az

4Sources