EN

Sahibə Qafarova: Ümummilli Lider Heydər Əliyev müasir parlamentimizin banisidir


"Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlamışdır. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu".

Newscenter.az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Milli MJəclisdə keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Spiker bildirib ki, Ulu öndər Heydər Əliyevin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir. Və bu parlament öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir.
Spiker Sahibə Qafarova qeyd edib ki, bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Süleyman
Chosen
25
7
newscenter.az

9Sources