Bu gün Cənubi Koreya Parlamentində prezident Yun Sok Yolun impiçmentinə dair səsvermə keçiriləcək.
APA-nın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, səhər saatlarından etibarən müxalifət tərəfdarları qanunverici orqanın binası qarşısında toplaşıb.
Qeyd edək ki, bir qədər əvvəl 300 deputatdan 191 nəfəri dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması qərarını dəstəkləyib. Yekun qərar üçün isə 200 parlamentarinin dəstəyinə ehtiyac var.
Bu isə hakim partiyanı təmsil edən 9 deputatın qərara səs verməməsi və ya əleyhinə çıxması deməkdir.