EN

Parkdakı işıqların hamısı niyə yanmır?  

Bakının Yeni Günəşli yaşayıs sahəsində parklar bir o qədər də çox deyil.

Və ən yaxşı parklardan biri, bəlkə də birincisi " Fatimeyi-Zəhra" məscidinin yanındakı parkdır. Məscid tikilib istifadəyə veriləndə o park da çox gözəl inşa edilmişdi və o vaxtdan insanlar o parkın gözəlliyinə baxıb, zövq alırlar. Bir- birindən gözəl ağaclar, güllər- çiçəklər və yaşıl otlar insanın ruhuna , qəlbinə rahatlıq gətirir.

Üstəlik də parkda həmişə səliqə- səhman olub. Ona görə də hər gün bu gözəl məkana çoxlu insan gəlir. Bunlar hamısı lap yaxşı! Amma parkın gecələr  yaxşı işıqlandırılmaması bu gözəlliyə xələl gətirir. Hər işıq dirəyində olan dörd- beş lampadan bir- ikisi yanır,özü də zəif. Və elə işıq dirəyi var ki, orda bir lampa belə yanmır.Axşamlar isə parkda olan adamlar qaranlıqda əziyyət çəkirlər.Dekabrın 6-da axşam saatlarında  yaşli bir kişi parkdan pilləkənlə düşəndə  ətraf yaxşı işıqlandırılmağına görə,yıxıldı.

Parkdakı insanlar ona kömək etdi vəo kişi ayağa qalxdı.Xoşbəxtlikdən nə yaxşı xəsarət almadı. Sözümüzün canı odur ki, parka xidmət edənlər işıq dirəklərindəki sıradan çıxmış lampaları yenilərilə əvəzləməlidir. Və bunun xərcidə bir o qədər çox deyil!

Emil Faiqoğlu    

Chosen
34
adalet.az

1Sources