Fransada Nyu-Yorkdan Parisə biletsiz uçan qadın saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onun 57 yaşlı Svetlana Dali olduğu, “Delta Airlines” təyyarəsinə minərək tualetlərdə gizlənməklə Fransaya getdiyi bildirilir.
Qadın Fransada hava limanında ABŞ-yə qayıdarkən tutulub və ona hökm oxunub. Qanunu pozan S. Dali Bruklin məhkəmə zalından azadlığa buraxılıb, lakin ona hava limanlarına getmək və səyahət etmək qadağan edilib.
Bundan əlavə, qadın səyahət sənədlərini təhvil verməlidir. Bundan sonra o, ittiham olunduğu ərazini tərk edə bilməyəcək.