"Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək".
Bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Murat Emir Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir:
"Bu əməkdaşlıq, şübhəsiz, sadəcə, iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda, bölgədə siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək".
Mərahim Nəsib
Mənbə: oxu.az