EN

Qətərin paytaxtında 22-ci Doha forumu keçirilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri Qətər əmirinə Doha forumuna onu dəvət etdiyinə görə təşəkkür edərək bu forumun dünyadakı mövcud problemlərə dair açıq dialoq üçün unikal platforma olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Qətər əmiri, öz növbəsində, Astana ilə Doha arasında əməkdaşlığın uzunmüddətli strateji xarakter aldığını söyləyib.

Qeyd edək ki, bu gün Qətərin paytaxtında 22-ci Doha forumu keçirilir.

Chosen
42
ikisahil.az

1Sources