Suriyada xəritə yenidən formalaşdırılır. Həmanı nəzarətə götürən müxalif qruplar, Homsa daxil olublar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dera əyalətinin mərkəzi də müxalifətin nəzarətinə keçib.Xatırladaq ki, noyabrın 27-də Suriyanın Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejimə qarşı silahlı qruplar arasında qarşıdurma başlayıb. Noyabrın 30-da Hələbin mərkəzinin bir çox hissəsini rejim güclərindən geri alan rejim əleyhdarı qruplar, eyni gündə bütün İdlibi nəzarətinə götürdü.
Rejimə qarşı olan qruplar, dekabrın 5-də baş verən şiddətli toqquşmalardan sonra Həma şəhərinin mərkəzini də ələ keçiriblər. Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı "Azadlıq şəfəqi" əməliyyatı zamanı Tel Rıfat rayonunun mərkəzi terrorçulardan təmizləndi.