EN

Lavrov qalmaqallı müsahibədən danışdı

""Həyat Təhrir əş-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin CNN telekanalında çıxışı suallar doğurur".

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mən bütün müsahibəni görməmişəm, sadəcə eşitməmişəm, yalnız onu bilirəm ki, CNN ona platforma verib. Bu, Co Bayden administrasiyasına yaxınlığı ilə tanınan bir kanaldır" - Lavrov deyib.

Lavrovun sözlərinə görə, Tramp administrasiyası Rusiyanı məlumatlandırıb ki, Birləşmiş Ştatlar “Həyat Təhrir əş-Şam”ı təkcə BMT-nin terrorçu siyahısında olduğuna görə deyil, həm də ölkənin terrorçu siyahısında olduğuna görə hələ də terror təşkilatı hesab edir.


Müəllif: Arzu
Chosen
47
1
teleqraf.com

2Sources