EN

Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib - FOTO

1963-cü ildə Suriyada iqtidara gələn Baas Partiyasının 61 hakimiyyəti ömrü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsindən sonra reallaşıb.

Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya Prezidenti olub.

Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.

Suriyada 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatları başlasa da, rejim zorakılıqla kütlələrə müdaxilə edib.

Minlərlə insanın öldürüldüyü rejim müdaxilələri prosesi vətəndaş müharibəsinə çevirmişdi. Silahlı müxalifət qrupları uzun müddət mübarizə aparsa da, beynəlxalq təzyiqlərə baxmayaraq, rejim problemin həllinə diplomatiya və sülh yolu ilə yanaşmadı.

Bu ilin noyabrın 27-də isə Suriyada şiddətlənən qarşıdurmalardan sonra Əsəd rejimi Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.

Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, rejim əleyhdarı qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib.

Bununla da 61 illik Baas rejimi və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Chosen
29
azpolitika.info

1Sources