Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadadır və Rusiyadan sığınacaq alıb.
“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib, onlara sığınacaq verib”, - agentliyin həmsöhbəti bildirib.
AzNews.az bildirir ki, Moskva BMT-nin himayəsi altında Suriyadakı vəziyyətin nizamlanması üçün danışıqların bərpasını zəruri hesab edir.