EN

Almaniyanın ikinci ən uzun asma körpüsü istifadəyə verilib

Bakı. Trend:

Almaniyanın ikinci ən uzun asma körpüsü Hessen əyalətindəkiRotenburq an-der Fulda şəhərində istifadəyə verilib.

Trend xəbər verir ki,uzunluğu 617 metr olan asma körpünün yerdən hündürlüyü 60 metrdir.Polad konstruksiyanın ümumi çəkisi 84 tondur. Eni bir metr olan“Highwalk” körpüsündə eyni vaxtda 600 nəfər hərəkət edə bilər.

Qeyd edək ki, Almaniyanın ən uzun və ən hündür asma körpüsü dəHessen əyalətindədir. “Skywalk” adlı körpünün uzunluğu 665, yerdənhündürlüyü isə 100 metrdir.

Chosen
29
4
az.trend.az

5Sources