EN

"Botanik-Az"a yazılan protokola baxılacaq tarix açıqlandı

"Botanik-Az" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin sədrliyi ilə dekabrın 20-də baxılacaq.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

 Xəyal Quliyev

Tarix: 9 Dekabr 2024, 08:18   
Chosen
23
9
pravda.az

10Sources