EN

Tbilisidə aksiya başa çatıb, etirazçılar Rustaveli prospektini tərk ediblər

Tbilisidə Rustaveli prospektində növbəti etiraz aksiyası başa çatıb və aksiya iştirakçıları artıq evlərinə dönüblər.

Etirazçılar polislə toqquşma olmadan dinc şəkildə Rustaveli prospektini tərk ediblər.

Bu dəfə aksiyada polis parlamentə bitişik küçələrdə postlar qurmayıb, lakin parlament binasından təqribən 300 m aralıda yerləşən Azadlıq meydanında xüsusi texnika növbə çəkib.

Etirazçıların parlament binasına tərəf fişəng atması kimi kiçik insidentləri nəzərə almasaq, aksiya dinc şəkildə başa çatıb.

Etirazçılar meriya tərəfindən parlament binası qarşısında quraşdırılan yeni il yolkasına aksiyalar zamanı xəsarət alan vətəndaşların fotolarını asıblar.

Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.

Chosen
39
45
azerforum.com

10Sources